22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rusiyanın Tallinndəki səfirliyinə yumurta atılıb
Tarix: 30-07-2023 23:23 | Bölmə: Siyasət


İyulun 29-dan 30-na keçən gecə naməlum şəxs Estoniyanın paytaxtında Rusiya səfirliyinə yumurta atıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin məlumatına görə, hücum edən şəxs saxlanılıb.
"1977-ci il təvəllüdlü şəxs Rusiyanın Tallinndəki səfirliyinin divarına yumurta atıb. Polis patrulu həmin şəxsi yerindəcə saxlayıb və ona qarşı cinayət işi başlanıb".
Hadisənin təfərrüatları açıqlanmayıb, araşdırma aparılır.
Bu ilin fevralında Rusiya Xarici İşlər Nazirliyi Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını bəyan edib. Bu ölkənin səfiri fevralın 7-də Rusiya ərazisini tərk edib.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər