22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Kiyevdəki "Vətən"in adı dəyişdirilərək "Ana Ukrayna" olacaq.
Tarix: 29-07-2023 22:54 | Bölmə: Siyasət


Ukrayna hakimiyyəti sovet mirasına qarşı mübarizəni davam etdirir. Kiyevdə “Vətən” abidəsinin adını “Ana Ukrayna” adlandırmaq qərarına gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın İkinci Dünya Müharibəsi Milli Tarixi Muzeyinin baş direktoru Yuri Savçuk məlumat verib.
"Muzeyimizin elmi şurasının iclası oldu və orada mühüm qərarlar qəbul edildi. Onlardan biri Vətən abidəsinin adının dəyişdirilməsi idi", - Savçuk Ukrayna radiostansiyalarından birinə müsahibəsində deyib.
O, Mədəniyyət Nazirliyinin bu qərarı avqustun 24-də Ukraynada qeyd olunan Müstəqillik Gününə qədər təsdiq edəcəyinə ümid etdiyini bildirib.
İyulun 13-də Ukrayna hakimiyyətinin Vətən abidəsi üzərində SSRİ gerbinin dəyişdirilməsinə icazə verdiyi barədə məlumat yayılıb. Onun yerində trident formasında ölkənin müasir gerbinin yerləşdirilməsi planlaşdırılır.
Sovet abidələrinə və toponimlərinə qarşı mübarizə 2015-ci ildə Ukraynada, orada dekommunizasiya haqqında qanun qəbul ediləndən sonra başlayıb. Sonradan bu mübarizə təkcə Sovet İttifaqı ilə deyil, həm də Rusiya ilə bağlı olan hər şeylə aparıldı.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər