22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın terror aktlarını pisləyib
Tarix: 28-07-2023 21:18 | Bölmə: Siyasət


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukraynanın Rusiyada təşkil etdiyi terror aktlarının heç bir hərbi mənası yoxdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomat Kiyev rejiminin hərəkətlərini pisləyib və beynəlxalq ictimaiyyəti də eyni addımı atmağa çağırıb.
Zaxarovanın sözlərinə görə, Moskva sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, daha əvvəl Ukrayna ordusu Taqanroqda konvertasiya edilmiş "S-200" zenit-raket kompleksini buraxmışdı. Rusiya hava hücumundan müdafiə sistemləri onun qarşısını ala bilsə də, sursat parçaları evlərin üzərinə düşüb. Bir neçə nəfər yaralanıb.
Bundan əlavə, ukraynalılar pilotsuz uçan aparatdan istifadə edərək Moskva vilayətinin ərazisində terror aktı təşkil etməyə cəhd ediblər. Xoşbəxtlikdən pilotsuz təyyarə vaxtında aşkarlanıb və ələ keçirilib. Zərər yoxdur.



Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər