22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Brejnevin doğma şəhəri onun büstünü sökdü
Tarix: 27-07-2023 20:37 | Bölmə: Siyasət


Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin doğulduğu Dnepropetrovsk vilayətinin Kamenski şəhərində ömürlük abidəsi sökülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli hakimiyyət bunu əvvəllər etmək niyyətində idi, lakin sonra pul çatmadı.
Lakin bir gün əvvəl, iyulun 26-da şəhərin meri Andrey Belousov bildirmişdi ki, Ukraynada qüvvədə olan dekommunizasiya haqqında qanuna görə, hakimiyyət abidəni yığışdırmağa borcludur.
Eyni zamanda, o, bunu Kamenskinin tarixi irsi adlandırıb və etiraf edib ki, yaşlı nəslin bir çox sakinləri üçün Leonid İliç “tarixi şəxsiyyət” və “şəhər üçün çox işlər görmüş insandır”.
Ukrayna mediası sökülmək üçün heykəlin üzərinə kabelin necə atıldığını əks etdirən video yayımlayır. TASS xəbər verir ki, büstün şəhərin Tarixi Muzeyinin ərazisinə keçirilməsinin planlaşdırıldığı qeyd edilir. Əvvəllər Dneprodzerjinsk adlanırdı. Abidə mərkəzi prospektdə Brejnevin sağlığında - 1976-cı ildə ucaldılıb.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər