21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Azərbaycanın qanunları ilə yaşamaq istəməyənlər Qarabağı tərk edəcək, əks halda qanunlarımızla mühakimə olunacaq-Kamilə Əliyeva
Tarix: 27-07-2023 10:43 | Bölmə: Siyasət

Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı yenidənqurma və bərpa işlərinə Prezident cənab İlham Əliyev şəxsən özü nəzarət edir. İşğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərlər edən Prezident, cənab İlham Əliyev yeni yaşayış evlərinin, sosial obyektlərin, məktəb və xəstəxanaların açılışında və təməlqoyma mərasimlərində iştirak edir. Ölkə başçımızın Xocalının Çapanaqçı və Sığnaq kəndlərinə səfər etməsi təsadüfi deyildi. Bu ermənilərə və onların havadarlarına bir mesaj idi ki, Azərbaycan tezliklə Qarabağdakı bütün ərazilərə nəzarəti ələ keçirəcək. Ölkə başçımız səfər çərçivəsində Şuşa şəhərində, Daşaltı kəndində bir sıra məktəblərin, yaşayış evlərinin tikintisi ilə yaxından tanış oldu və burada turizmin inkişaf etdirilməsi məqsədilə inşa ediləcək obyektlərin təməlqoymasında iştirak etdi. Bu gün Şuşaya gələn xarici qonaqlar bu şəhərin gözəlliyindən və qısa müddət ərzində görülən bərpa işlərindən heyrətlərini gizlədə bilmirlər. Mədəniyyət paytaxtımız olan Şuşa şəhəri son dövrlər bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir. Prezident cənab İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Media Forumunun açılış mərasimində Azərbaycanla Türkiyə arasında mövcud qardaşlıq münasibətlərindən, dünyada baş verən geosiyasi vəziyyətdən, Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində Azərbaycan dövlətinin mövqeyindən, ölkəmizdə azad medianın inkişafı və dövlətin mediaya dəstəyi haqqında ətraflı çıxış etdi və dünyanın aparıcı KİV-lərinin nümayəndələrinin suallarını çox səmimi və dəqiq cavablandırdı.
Azərbaycanla Türkiyə arasında mövcud münasibətlər bəzi dövlətlərdə qısqanclıq yaradır. Ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq əlaqələri bölgə ilə yanaşı dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir. Prezident cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan hər zaman dünyada ədalətin yanında olduğunu sübut etmişlər. BMT TŞ Ermənistan ordusunun dərhal və qeyri şərhsiz Azərbaycan torpaqlarından çıxarılması barədə 4 qətnamə qəbul etsə də Ermənistan 28 il bu qətnamələri icra etməkdən imtina etmişdir. Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etməklə yanaşı Beynəlxalq hüququ da bərpa etmiş oldu. Azərbaycanın bu haqq işində Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etmişdir. Bu qardaşlığın ən bariz nümunəsi idi. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyəyə çatdırdı.
Azərbaycan regionda yerləşən bütün dövlətlərlə sülh, mehriban qonşuluq şəraitində yaşamaq siyasəti həyata keçirir. Təəssüflər olsun ki, Ermənistan dövlətində bu gün də revanşist və Azərbaycana qarşı torpaq iddiasında olan qüvvələr mövcuddur.
2022-ci ilin fevralında Azərbaycanla Rusiya arasında imzalanmış Bəyannamə hər iki dövlət arasında münasibətlərin inkişafında yeni bir mərhələ oldu. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması Azərbaycanla Rusiya arasında tarixi münasibətləri möhkəmləndirdi.
Ölkə başçımız çıxışında Azərbaycan mediasının fəaliyyətini də çox yüksək qiymətləndirdi. Müharibə dövründə media nümayəndələrimiz əsl vətənpərvərlik nümayiş etdirərək Azərbaycan həqiqətlərini butün dünyaya çatdırmaq üçün böyük işlər görmüşdür. Azərbaycan mediasının müstəqil olması da cəmiyyətimizin inkişafına böyük təsir göstərir.
Bu gün Azərbaycanın istər siyasi, istərsə də iqtisadi cəhətdən nüfuzu durmadan artmaqdadır. Azərbaycanın iştirakı ilə reallaşan beynəlxalq iqtisadi layihələr dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Azərbaycandan qonşu ölkələrə, eləcə də Avropa dövlətlərinə ixrac edilən təbii qaz bu ölkələrin enerji təhlükəsizliyində müstəsna rol oynayır.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın beynəlxalq aləmdə nüfuzu xeyli artmışdır. Prezident cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü bir çox təkliflər BMT tərəfindən yüksək qiymətləndirilmiş, sesiyalarda bu təkliflər qəbul edilmişdir.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasının və bölgədə yerləşən dövlətlərin, xalqların səmimi qonşuluq şəraitində yaşamasının tərəfdarıdır. Təəssüflər olsun ki, Ermənistandakı və xaricdəki bəzi qüvvələr, eləcə də Qarabağdakı separatçılar bölgədə sülhün yaranmasına böyük maniələr törədir. Bu gün Qarabağda özlərini "Prezident", "Nazir" adlandıranlar Azərbaycanda və dünyada gülüş hədəfinə çevrilmişlər. Bu ünsürlər başa düşməlidirlər ki, yaxın zamanda Qarabağın bütün əraziləri Azərbaycan dövlətinin nəzarətinə keçəcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları Azərbaycana reinteqrasiya olunacaq. Azərbaycanın qanunları ilə yaşamaq istəməyənlər Qarabağı tərk edəcək, əks halda qanunlarımızla mühakimə olunacaq.
Prezident cənab İlham Əliyev dünyada baş verən digər proseslər haqqında, eləcə də geosiyasi vəziyyət barədə öz fikirlərini söylədi. Ölkə başçımızın Forumda çıxışı bütün dünyada böyük maraqla izlənmişdir. Dünyanın əksər ölkələrinin kütləvi informasiya vasitələri Prezident cənab İlham Əliyevin çıxışlarını yayımladı, dünyanın nüfuzlu siyasi analitikləri ölkə başçımızın güclü siyasətçi və lider olduğunu vurğuladılar.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Baxış sayı: 354
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.