22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Makron xahişinə baxmayaraq BRICS sammitinə dəvət edilməyib
Tarix: 23-07-2023 20:40 | Bölmə: Siyasət


Cənubi Afrika hakimiyyəti Fransa prezidenti Emmanuel Makronun xahişinə baxmayaraq, onu BRİKS sammitinə dəvət etməyib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Cənubi Afrika Fransa liderinin xahişi ilə bağlı heç nə bilmədiklərini bildirmişdi.
"Artıq Qlobal Cənub liderlərinə 70 dəvət göndərilib. Lakin ABŞ, Böyük Britaniya və Fransa kimi Qərb ölkələri dəvət olunmayıb", - "News24" xəbər verir.
Bundan əvvəl Fransa mediası yazıb ki, Makron Cənubi Afrika prezidenti Siril Ramafosa müvafiq sorğu göndərib. Belə bir tələb Afrika Respublikasının liderini təəccübləndirib. Cənubi Afrikadan isə cavab verilməyib, daha sonra ölkə prezidentinin mətbuat katibi Makronun xahişi ilə bağlı heç nə bilmədiyini bildirib.
BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçiriləcək. Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezident Vladimir Putin isə videobağlantı vasitəsilə tədbirdə iştirak edəcək.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Argentina, İran və bəzi başqa ölkələr təşkilata qoşulmaq istəyir.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər