22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi rusiyalı jurnalistin qətlinə münasibət bildirib
Tarix: 22-07-2023 20:53 | Bölmə: Siyasət


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında rusiyalı jurnalistin vəhşicəsinə qətliamını törədənlərin layiqli cəzalarını alacaqlarını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, rusiyalı media işçilərinə hücum planlaşdırılıb, çünki onlar yaşayış məntəqələrini atəşə tutarkən Kiyev tərəfindən qadağan olunmuş kasetli sursatlardan istifadə edilməsinə dair material toplayırdılar.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, profilli beynəlxalq strukturlar Ukrayna hakimiyyətinin bu cinayətlərinə göz yumacaqlar. Bu, onları Kiyevin təşkil etdiyi terror aktlarında ortaq edəcək.
Zaxarova əlavə edib ki, “Kiyevdəki müdafiəçilərini kaset sursatları ilə təmin edənlər bütün məsuliyyəti bölüşəcəklər”.
Xatırladaq ki, iyulun 22-də Ukrayna Silahlı Qüvvələri bir qrup rusiyalı jurnalistə kaset mərmiləri atmışdı. RİA Novosti-nin müxbiri Rostislav Juravlev ölüb, daha bir neçə media işçisi yaralanıb.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər