Bütün xəbərlər
Zelenski Böyük Britaniya səfirini tənqidə görə istefaya göndərib
Tarix: 21-07-2023 23:01 | Bölmə: Siyasət


Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko tutduğu vəzifədən azad edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Zelenskinin müvafiq fərmanı dövlət başçısının aparatının saytında dərc olunub.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles demişdi ki, Ukrayna Krallığın ona verdiyi silahlara görə minnətdar olmalıdır. Buna cavab olaraq Zelenski 47 dəfə “sağ ol” dediyi müraciəti qeydə alıb və ən azı hər səhər Uolasa təşəkkür edəcəyinə söz verib.
Səfir Pristaykonun sözlərinə görə, Ukrayna prezidenti yersiz sarkazm edib.
Radanın deputatı Oleksiy Qonçarenko isə öz növbəsində Zelenskiyə dövlətin maraqlarının şəxsi qıcıqdan daha vacib olduğunu xatırladıb.
“Siz ölkədə əsas səfiri işdən çıxara bilməzsiniz, ona görə ki, o, bizim Vladimir Aleksandroviçin dünyanın ən yaxşı və ən şirin prezidenti olduğunu deməyib”, - ukraynalı parlamentari əlavə edib.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər