21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
AZƏRBAYCANIN XİLASI GÜNÜ-Ramiz QASIMOV
Tarix: 21-07-2023 20:41 | Bölmə: Siyasət

Tarixdə adı millətinin, ölkəsinin adı ilə bərabər çəkilən böyük şəxsiyyətlər çox deyil. Ümummilli Lider Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, adı xalqının, Vətəninin adı ilə qoşa çəkilir. Heydər Əliyev məhz o dahi şəxsiyyətdir ki, tarixdə heç kimə nəsib olmayan Azərbaycan Xalqının Ümummilli Lideri adına layiq görülüb. Çünki müasir və inkişaf etmiş bugünkü müstəqil və güclü Azərbaycan dövlətinin mövcudluğunda bu dahi şəxsiyyətin müdrik qərarları, gərgin əməyi, şam işığında göstərdiyi yorulmaz fəaliyyəti, təhdidlərə sinə gərən əzmi vardır. Məhz bu dahi, uzaqgörən, vətənə bağlı Azərbaycan oğlunun mislsiz xidmətləri sayəsində taleyi yoxluğa sürüklənmiş bir xalqdan beynəlxalq aləmdə öz yeri, öz ölkəsinin sahibi olan bir xalq, parçalanma aqibəti ilə üz-üzə qalan bir ölkədən müstəqil, milli dövlətçiliyə sahib olan bir ölkə, dövlət yarandı. Bu gün dünyada mövcud olan çox az sayda müstəqil, həm də güclü və söz sahibi olan bir ölkəsinə, dövlətinə sahibiksə, çox az sayda dalğalanan dövlət bayraqları arasında Azərbaycan bayrağı dalğalanırsa, dünya diplomatiyasında Azərbaycan dili səslənirsə, məhz Ulu Öndər Heydər Əliyevə minnətdarıq! Müasir və dünyanın ən güclü dövlətlərindən olan Azərbaycanın dövlət müstəqilliyi çətin sınaqlardan keçərək yaranmışdır. Uzaqgörən qərarların və müdrik fəaliyyətin sayəsində Azərbaycan dünyaya bir Günəş doğdu!
Ağır bir böhran içində olan 90-cı illəri çoxları yaxşı xatırlayır. Hər sahədə böhranın yaşandığı, aclıq, səfalət, cinayət, xəyanətin hökm sürdüyü, xalqın ümidsizlik içində qıvrandığı illər idi. 90-cı illərin əvvəllərinə Azərbaycan tarixinin “itirilmiş illəri” də deyirlər. Azərbaycan xalqı bu dövrdə təkcə illərini deyil, Vətən torpağının ərazilərini, minlərcə qəhrəman övladlarını, xoşbəxtliyini, firavanlığını, sevincini, ümidini itirmişdi. Azadlıq uğrunda xalq hərəkatı yarıtmaz, bacarıqsız, milli heysiyyəti olmayan rəhbərlər üzündən xalq üçün fəlakət və səfalət ipinə dönüb boğazına keçmişdi. 20 Yanvar hadisələri baş verdikdən sonra məqsədyönlü şəkildə rəhbərlikdən uzaqlaşdırılan xalqın böyük oğlu, uzun illər sevilə-sevilə öz ölkəsinə rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev böyük cəsarətlə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib bir vətəndaş kimi öz etirazını bildirmiş və bu mənfur hadisənin törədicilərini göstərərək qınamışdı. Məhz bu cəsarətli addımdan sonra bütün dünya Azərbaycan xalqına qarşı görünməmiş miqyasla törədilən cinayətdən xəbərdar olmuşdu. Belə bir vaxtda-öz ölkəsinin, canı qədər, qanı qədər sevdiyi vətəninin ağır günlər keçirdiyi illərdə dahi lider seyrçi qala bilmədi və vətəninə dönmək qərarı verdi. Lakin xalqın böyük oğlu Heydər Əliyevin fədakarlıq dolu bu addımı mövcud hakimiyyət tərəfindən qorxu ilə qarşılandı. Onun vaxtilə inkişafına böyük əmək verdiyi doğma Azərbaycana, Heydər Əliyevin böyük əzmi ilə inkişaf edib nəhəng sənaye mərkəzinə çevrilən Bakı şəhərinə gəlməsinə icazə vermədilər. Amma dahi lider Heydər Əliyev Vətənə dönüşünü tamamladı: onu dərin məhəbbətlə sevən, onunla həmişə iftixar edib qürur duyan, blokadaya salınaraq fəlakətlə, erməni işğalı ilə üzbəüz qalan doğma yurdu, ata məkanı, ana qucağı Naxçıvana döndü. Naxçıvan əhalisi sevimli oğlu Heydər Əliyevə qucaq açdı, onu gül-çiçəklə, böyük sevinclə qarşıladı. Xalq Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıtdığı 1990-cı il 22 iyul gününü yaddaşına xilaskarlıq günlərinin başlanğıc tarixi kimi yazdı. Çünki qaranlıq və ümidsizliyə, səfalət və fəlakətə sürüklənmiş Naxçıvanın işıqlı, ağ günləri və sabaha olan inamı məhz bu gündən, bu tarixdən yazılmağa başladı. Dahi lider özü də bu günləri xatırlayaraq deyirdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilməsə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”. Bəli, bu tale, bu qismət ilə baş verən qayıdışdan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan və Azərbaycan tarixinə qırmızı hərflərlə yazılan, Azərbaycan xalqına özü ilə bərabər müstəqillik, bütövlük, böyük inkişaf, sürətli dəyişmə, abadlaşma, yenidənqurma, əmin-amanlıq, maddi rifah, səadət, xoşbəxtlik – bir sözlə, xilaskarlıq gətirən “Böyük Qurtuluş” baş verdi.
Əlbəttə, yaxşı məlumdur ki, Ulu Öndərin Naxçıvana dönüşü olmasa idi, bu qədim torpağın aqibəti də yaxşı olmayacaqdı. Naxçıvan həmin dövrdə siyasi hakimiyyətin səriştəsizliyi üzündən blokadanın yaratdığı problemlər məngənəsində məhv olmaq təhlükəsilə üzbəüz qalmışdı. Müdrik liderin Naxçıvana qayıdışı Naxçıvan üçün bir xilas, naxçıvanlılar üçün Tanrının yetirdiyi bir ümid oldu. Dahi liderin buradakı misilsiz dövlətçilik fəaliyyəti böyük starateji əhəmiyyət daşıyan Naxçıvanın və ümumən Azərbaycanın taleyində çox mühüm rol oynadı. Moskvadan Azərbaycana dönən Heydər Əliyevi ozamankı hakimiyyət Bakıya düşməyə icazə vermədiyindən dahi lider doğma vətəni olan Naxçıvana üz tutdu. Naxçıvanlılar Heydər Əliyevi dərin məhəbbətlə bağrına basıb, qoruyaraq hifz etdilər. Heydər Əliyev də müdrik qərarları və uzaqgörən siyasi fəaliyyətilə Naxçıvanın müdafiə olunması və blokadanın çətinliklərini aşmasında misilsiz rol oynadı. Dahi liderin Naxçıvana qayıdışı xalqın inam və əqidəsinin dönüş günü, milli müstəqillik və dövlətçiliyin xilasının başlanğıc günü oldu. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində naxçıvanlılar hərbi təcavüz edən erməni silahlı birliklərinə qarşı əzmlə döyüşərək bir qarış torpağını da itirmədi. Müdrik və uzaqgörən liderin rəhbərliyi ilə Naxçıvan əhalisi qaranlıq və soyuq günlərin ümidsizliyindən çıxıb qətiyyətli mübarizə, qurub-yaratmaq əzmi ilə yeni dövrə qədəm basdı: intibah və inkişafın nəticəsi olan AZƏRBAYCAN möcüzəsi yarandı. Dahi lider Heydər Əliyevin şəxsi nüfuzu, mahir diplomatiyası və uzaqgörən siyasəti nəticəsində hər tərəfdən blokadaya salınmış Naxçıvanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün məharətli danışıqlar aparıldı, uğurlu nəticələr əldə edildi. Ulu Öndərin böyük tarixi missiyası olaraq Qars müqaviləsinin şərtlərinin yenilənməsi ilə bağlı uzaqgörən fəaliyyəti qardaş Türkiyə Cümhuriyyəti ilə Naxçıvan arasında əsl isti münasibətlərin başlamasına imkan verdi. İki qardaş ölkə arasında “Ümid” körpüsünün açılışı tarixən bir olan iki qardaş xalqın qəlbinə gedən ümid telləri oldu. Sovet imperiyasının can verdiyi və daha da dəhşətli cinayətkara çevrildiyi illərdə Ulu Öndər Heydər ƏliyevİN müdrikliyi ilə Naxçıvanda imperiya bağlarını birdəfəlik qıran, Azərbaycanın inkişaf və müstəqilliyi üçün bir dövlətçilik konsepsiyası yaradan zəngin dövlətçilik fəaliyyəti ortaya qoyuldu. Ulu Öndərin uzaqgörən və qətiyyətli qərarı ilə Naxçıvan Sovet İttifaqının köləlik buxovlarını qıran muxtar dövlət olaraq yaddaşlarda qaldı. Naxçıvan “sovet” və “sosialist” quruluşundan qəti olaraq imtina etdi, muxtariyyətini yenidən təzələdi, üçrəngli ay-uluduzlu bayrağı dövlət bayrağı olaraq qaldırdı, gerbini, atributlarını milliləşdirdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisliyini təmin etdi. Naxçıvanda sürətli sosial-iqtisadi dirçəliş özünü nümayiş etdirməyə başladı. Blokadanın bütün ağırlığı və çətinliklərini ortadan qaldıran məharətli bir diplomatiya, uzaqgörən, müdrik bir siyasət, dərin bir təcrübə, sınanmış bir idarəçilik ortaya çıxdı. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası da ideyadan reallığa doğru məhz bu torpaqdan BöyükAzərbaycana və bütün dünyaya yol aldı. Necə deyərlər, müdrik liderin uzaqgörən siyasi addımları ilə Naxçıvan Azərbaycanın gələcək müstəqilliyi və xoşbəxtliyinə təməllər hazırladı. Ulu Öndərin Naxçıvandakı tarixi siyasi fəaliyyəti Azərbaycan tarixinə milli dirçəliş hadisələri olaraq daxil olmuş və dövlət müstəqilliyinin zəminini hazırlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciət edərkən qeyd etdiyi kimi: “Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”.
Böyük Qurtuluş hadisəsi də məhz bu illərin uğurlarını bütövlükdə ölkəyə, dahi lideri sevərək bağrına basan Azərbaycana daşıdı, bütün Azərbaycan üçün qurtuluş tarixinə çevrildi. Azərbaycanın məhv olma hadisələri ilə səciyyəvi olan bu günlər həm də şəxsiyyətin böyüklüyünü, zəkanın dərinliyini, siyasətin uzaqgörənliyini, diplomatiyanın məharətini, xalqına bağlılığın, sevginin intəhasızlığını bütün aydınlığı ilə təcəssüm etdirir. Müstəqil Azərbaycana Ulu Öndər Heydər Əliyevin şah əsəri də deyilir, “HEYDƏR ƏLİYEV-AZƏRBAYCAN” adları qoşa çəkilir. Çünki məhz dahi liderin misilsiz xidmətləri sayəsində Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən qurtularaq suveren ölkə, dövlət statusunu əldə etmiş, görünməmiş sürətlə inkişaf, tərəqqi yolu keçən, beynəlxalq aləmdə layiqli yerini tutmuş və etibarlı tərəfdaş kimi tanınmış, böyük layihələrə imza ataraq intibaha qovuşan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində ən güclü, etibarlı tərəfdaş imicini qazanmışdır. Beynəlxalq təşkilatlarda söz sahibinə çevrilən bir dövlət olması da Azərbaycanın düzgün və düşünülmüş siyasi kursunun uğurlu nəticəsidir. Kiçik dövlət və azsaylı əhalisi olmasına baxmayaraqAzərbaycanın Birləşmiş Millətlər Təşkilatı və Avropa Təhlükəsizlik Şurasında tutduğu sözçülük mövqeyi onun böyük siyasət yürütməsinin nailiyyəti kimi məmnunluq doğurur. Ölkəmiz düzgün müəyyənləşdirilmiş siyasətin sayəsində həm kosmik gücə malik olan ölkəyə çevrilmiş, həm də ən güclü, müasir texnikalara malik olan ordusuna malik olmuşdur. Əlbəttə, bütün bunlar bu böyük siyasətin banisi dünyaşöhrətli siyasətçi, liderlər əsrinin lideri, müdrik rəhbər Heydər Əliyevə minnətdarlıq yaradır. Bu baxımdan “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” - deyən Ulu Öndər Heydər Əliyevin məqsədini bu gün onun adı ilə qoşa çəkilən, dahi liderin şah əsəri olan və “dünyaya günəş kimi doğan” Azərbaycan daha aydın və uğurla təcəssüm etdirir. Bütün həyatını canı-qanı qədər sevdiyi Vətəninə, Azərbaycana həsr edən müdrik və dahi lider Heydər ƏliyevinAzərbaycanı misilsiz inkişafa aparan zəngin siyasi kursunun bu gün uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, inkişaf və varlığının təməli, qarantı kimi çıxış edir.
Azərbaycan xalqı əvəzsiz liderinin siyasi kursunu bu gün özünün çoxsaylı səsi, dəstəyi, iradəsi ilə yaşadır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu və ləyaqətli bir siyasi varis olaraq bu siyasi kursu davam etdirməsi Azərbaycanı daha da böyük nailiyyətlərə aparır. “Mən ona özüm qədər inanıram”- deyən Ulu Öndərin etimadı və xalqın inamını dövlət başçısı İlham Əliyev doğrultdu. Hər addımda daha da irəliyə, böyük uğura və siyasi nailiyyətə imza atan Azərbaycan özünün iqtisadi inkişafı və xalqın maddi rifahı, əmin-amanlığı kimi vacib məsələlərdə də görünməmiş müvəffəqiyyətlərə imza atdı. Tam qətiyyətlə demək olar ki, gənclik ruhu, vətənpərvərlik ideyaları və siyasi qətiyyətilə liderlik kürsü- sünə qədəm qoyan Prezident cənab İlham Əliyevin tarixi missiyası ilə ölkəmizin həyatında yeni bir mərhələ başlandı.Azərbaycan yeni mərhələdə bütövlükdə regionun ən güclü ordusu, dayanıqlı və sabit iqtisadi inkişafı, hətta kosmik gücü olan nüfuzlu, inkişaf etmiş və yenilməz ölkəsinə çevrildi. Qüvvətli və qüdrətli Azərbaycan Respublikası bölgədəki gücünü uzaqgörən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik bacarığı və bütün tapşırıqları vaxtında, uğurla icra etməyə qabil Müzəffər Ordumuzla 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsində nümayiş etdirdi. Ölkəmiz Lələtəpə və Günnüt zəfərinin ardından xainliyini yerə qoymayan mənfur ermənilərə daha qətiyyətli cavabı məhz 2020-ci ilin 44 günlük Vətən müharibəsində verdi. 30 ilə yaxın müddətdə səbri daşan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə erməni hərbi təcavüzünə qarşı uğurlu əks-həmlə əməliyyatı həyata keçirdi. Şir ürəkli Azərbaycan əsgərləri dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan döyüş əməliyyatları nümayiş etdirdi, ən müasir silahlarla davranışı sayəsində öz torpaqlarını işğaldan azad etməyə qabil və qalib oldu. Azərbaycan Ordusu vəhşicəsinə Xocalı soyqırımını törədən, uşağa, qadına, qocaya acımayan, torpaqlarımız üstündə daşı daş üstə qoymayan, hətta kolu, ağacı, otu-alafı belə yandırıb quru xozana döndərən, hər cür ağır texnika ilə silahlanmış erməni quldurlarına cavab olaraq 30 ildə qurulmuş keçilməz sədləri, ən hiyləgər tələləri aşaraq canı ilə, qanı torpaqlarımızı suvarıb Vətənimizi düşməndən, yağıdan azad etdi. Azərbaycan Ordusu ən yüksək döyüş məharətilə düşmən tapdağında olan müqəddəs Şuşamızı azad etdi və Azərbaycan xalqına böyük Zəfər sevinci yaşatdı. Güclü və qabil ordunun qüdrəti ilə uzaqgörən, müdrik və mahir diplomat olan Ali Baş Komandanın xalqla birliyi Azərbaycan xalqını Zəfərə apararaq yeni bir tarixə imza atdı. Bu qələbənin əldə olunmasında Naxçıvandan olan igidlər də şücaətlərini göstərdilər. Mayor Vüsal Əliyev, kapitan Seymur Cabbarov, Vəli Quliyev, Məmmədhəsən Sadıqlı və neçə-neçə qəhrəman övladlar 44 günlük Vətən müharibəsində əsl vətənpərvərlik nümayiş etdirib qəhrəmanlıq yazdılar. Azərbaycan xalqı ona tarixi zəfər qazandıran uzaqgörən lideri, Müzəffər Ali Baş Komandanı və qüdrətli Ordusu, qəhrəman oğullarını heç zaman unutmayacaq və hər zaman fəxr edəcək!
Ümummilli LiderimizAzərbaycan naminə yaşadığı həyatın, mənalı ömür yolunun siyasi mübarizələrlə dolu olan anlarını göz önünə gətirərək deyirdi: “İndi bütün həyatımı təhlil edərək görürəm ki, hər halda bir başlıca hadisə də var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.Bu gün hər bir Azərbaycan vətəndaşı minnətdarlıq duyğuları ilə xatırlayır ki, ölkəmiz bütün bu uğurlara Ümummilli Liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olunmuşdur. Ulu Öndərimizin də dediyi kimi, bu gün Azərbaycan dünyaya Günəş kimi doğur! Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi konsepsiyası və bu müdrik təlimin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Ölkəmizin son dövrlərdə böyük qələbələr yaşayır. II Qarabağ savaşında Azərbaycanın əldə etdiyi böyük zəfər ölkəmizin beynəlxalq siyasətində də özünü təzahür etdirir. Qərbi Azərbaycana Böyük Qayıdış missiyasının da uğurla bitəcəyinə Azərbaycan xalqı əmindir. Böyük ticarət yolu olan Zəngəzur yolunun fəaliyyətə başlaması ilə Azərbaycan daha böyük nailiyyətləri bağrına basacaqdır. Bütün qələbələri ilə ölkəmiz Cənubi Qafqaz regionuna sülh və əmin-amanlıq bəxş edəcəkdir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 675
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.