Bütün xəbərlər
Zelenski və Reznikov Vilnüsə gəliblər
Tarix: 11-07-2023 19:44 | Bölmə: Siyasət


Vladimir Zelenski Rzeşovdan Polşa hökumətinin təyyarəsi ilə Vilnüs Beynəlxalq Hava Limanına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, NATO sammitinə prezidentlə yanaşı, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov da gəlib.
Ukraynaya çatan kimi Ukrayna Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Kiyevin əsas məqsədi Şimali Atlantika Alyansında tam hüquqlu yer əldə etməkdir. Lakin bu vəzifə həlledilməz görünsə də, Reznikov həmkarları ilə "F-16" üçün pilotların hazırlanması ilə bağlı memorandum imzalamaq niyyətindədir. Bu məsələdə Ukraynanın tərəfdaşının Fransa olacağı ehtimal edilir.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər