Bütün xəbərlər
Stoltenberq Ərdoğanın İsveçlə bağlı razılığını açıqlayıb
Tarix: 10-07-2023 23:56 | Bölmə: Siyasət


Türkiyə İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ən qısa zamanda ölkə Böyük Millət Məclisinə təhvil verilməsinə razılıq verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Rəcəb Tayyib Ərdoğan İsveçin baş naziri Ulf Kristersson, Avropa Şurasının sədri Çarlz Mişel və Yens Stoltenberqlə danışıqlardan sonra vetonun ləğvinə razılaşıb. Görüş Vilnüsdəki sammitdən əvvəl baş tutub.
NATO-nun baş katibi də öz növbəsində alyansın terrorla mübarizə üzrə xüsusi mexanizm və xüsusi nümayəndə postu yaradacağını vəd edib.
Yens Stoltenberq parlamentin ratifikasiya prosesinin nə vaxt başa çatacağını bilmir. Onun sözlərinə görə, yekun tarixi Türkiyə parlamenti elan etməlidir.
Bundan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Aİ-yə qəbul edildikdən sonra Ankara İsveçin NATO-ya daxil olmasına razılıq verəcək.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər