Bütün xəbərlər
NATO Rusiyanın mümkün hücumuna cavab planı üzərində razılaşıb
Tarix: 10-07-2023 23:04 | Bölmə: Siyasət



NATO Rusiyanın mümkün hücumuna cavab planı üzərində razılaşıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təşkilat soyuq müharibədən sonra ilk dəfə belə bir sənəd hazırlayıb. Bu barədə "Reuters" üç diplomata istinadən xəbər verir.
Agentlik qeyd edir ki, bu addımı mühüm dəyişiklik adlandırmaq olar.
Hələ may ayında "Reuters" xəbər vermişdi ki, Vilnüsdə keçiriləcək sammitdə NATO Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırmaq üçün yeni planları təsdiqləyəcək. Rusiya da öz növbəsində alyansın qərb sərhədləri yaxınlığında görünməmiş fəallığını dəfələrlə qeyd edib.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər