22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Türkiyə Ukrayna münaqişəsinin lobbiçiləri ilə toqquşur
Tarix: 03-07-2023 21:23 | Bölmə: Siyasət


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə Türkiyənin təşəbbüsləri lobbiçilərin hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı müqaviməti ilə üzləşir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o xatırladıb ki, ötən il İstanbulda taxıl, əsirlərin mübadiləsi və digər diplomatik səylərlə bağlı mühüm razılaşmalar əldə olunub.
“İstanbul təşəbbüsləri münaqişəni layiqli mövqelər üzərində sona çatdırmaq üçün bir yol kimi qiymətləndirilsəydi, bu qədər itkilər və göz yaşları olmazdı”, - deyə, Ərdoğan bildirib.
Onun sözlərinə görə, müharibənin davam etdirilməsində maraqlı olan tərəflər balanslı siyasət yürütdüyü üçün Türkiyəyə təzyiq göstərirdilər.
"Bunu bəyənməyənlər tərəfindən daha çox təzyiqlərə məruz qaldıq. Onlar təzyiq rıçaqı olaraq həmişə olduğu kimi, müxalifətdən istifadə etdilər", - Türkiyə lideri bildirib.
Amma buna baxmayaraq, Ankara həm Moskva, həm də Kiyevlə dialoqu davam etdirəcək. Türkiyə, Ərdoğanın sözlərinə görə, Rusiya və Ukrayna ilə eyni vaxtda danışan, aktual problemlərin həlli üçün təşəbbüslər həyata keçirən yeganə ölkə olaraq qalır. Üstəlik, ünsiyyət dövlət başçıları səviyyəsində baş verir.
"Ümid edirəm ki, biz gələcəkdə də belə balanslaşdırılmış siyasəti həyata keçirməyə davam edəcəyik", - TASS Türkiyə dövlətinin başçısına istinadən yazıb.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər