22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Priqojina qarşı cinayət işinə xitam veriləcək
Tarix: 25-06-2023 00:18 | Bölmə: Siyasət


“Wagner" PMC şirkətinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Kampaniya"da iştirak edən PMC döyüşçüləri - cəbhədəki xidmətləri nəzərə alınmaqla cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. İştirak etməkdən imtina edənlər Müdafiə Nazirliyi ilə müqavilə bağlaya biləcəklər. Priqojin özü "Belarusa gedəcək" Peskov deyib. O, həmçinin bildirib ki, yaxın vaxtlarda prezidentə müraciətlər nəzərdə tutulmur.
Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında "Vaqner"lə bağlı razılaşmanın müəyyən edildiyi axşam söhbəti “uzun, səmimi, isti və çox konstruktiv” olub. Prezidentlər razılaşıblar ki, Lukaşenko vəziyyətin həllində vasitəçi olacaq və Moskva bu hazırlığı “yüksək qiymətləndirir”.
Peskov bu vəziyyətdə niyə məhz Lukaşenkonun vasitəçi olduğunu da açıqlayıb: Belarus prezidenti Priqojini 20 ilə yaxındır tanıyır və “bu, onun şəxsi təşəbbüsü təklifi idi”- Putinlə razılaşıb.
Prezidentin sözçüsü Priqojinin hazırda harada olduğunu bilmədiyini deyib. Bir sıra regionlarda tətbiq edilən KTO rejimi ləğv edilə bilər.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər