22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Kılıçdaroğlunu 110 il həbs və siyasət qadağası gözləyir
Tarix: 22-06-2023 23:59 | Bölmə: Siyasət



Türkiyə prezidentliyinə keçmiş namizəd Kamal Kılıçdaroğlu 28 məhkəmə prosesi ilə üzləşib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu yaxınlarda deputat toxunulmazlığını itirdi və rəqibləri bundan istifadə etdilər.
Əvvəllər onların iddialarına baxılması məhkəmə tərəfindən dayandırılıb. Müxalif Cümhuriyyət Xalq Partiyasının liderini həbs və siyasətdə iştirak qadağası gözləyir.
Bu 28 iddianın əksəriyyətində iddiaçı prezident Rəcəb Tayyib Ərdoğandır. RİA Novosti yazır ki, epizodlara Ərdoğanın təhqir və böhtanlardan özünü müdafiə etmək cəhdi daxildir. Əksər iddialara görə Qılıçdaroğlunu 4 ilə qədər, ümumilikdə bütün iddialar üzrə 110 il həbs cəzası gözləyir.
“Bu iddiaların bir-birinin ardınca real işlərə çevriləcəyini proqnozlaşdırmaq olar”, - Türkiyə mətbuatı yazır.
Müxalifətçinin vəkili hesab edir ki, bu, baş verməyəcək və cinayət işlərində Kılıçdaroğlunun köməkçiləri məhkəmədə mübarizə aparmağa hazırdır.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər