Bütün xəbərlər
Poroşenko: "Ukrayna indiyədək hücuma hazırlaşan qüvvələrin 30%-dən istifadə edib"
Tarix: 21-06-2023 23:56 | Bölmə: Siyasət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “Sky News” telekanalına müsahibəsində bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum üçün hazırlanmış əsas hissəsi hələ də Kiyevdə döyüş əməliyyatlarına cəlb olunmayıb.
“Bu, əks-hücum əməliyyatı üçün nəzərdə tutulmuş silahlı birləşmələrimizin yalnız 30%-ni təşkil edir”, - Poroşenko iyunun 4-dən bu yana əməliyyatlarda iştirak edən qoşunların sayını qiymətləndirərkən deyib.
Bundan əlavə, Poroşenko etiraf edib ki, Rusiya ordusu güclüdür və “15 aylıq unikal döyüş təcrübəsi” var.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər