22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Mişustin Rusiya ilə Qətər arasında uçuşların coğrafiyasını genişləndirməyi təklif edib
Tarix: 21-06-2023 23:55 | Bölmə: Siyasət


Rusiya ilə Qətər arasında uçuşların coğrafiyası və tezliyi genişləndirilməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hava yollarının artırılması turizmin inkişafına da öz töhfəsini verəcək.
Bunu çərşənbə günü Rusiyanın baş naziri Mixail Mişustin Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlarda deyib.
Rusiya Nazirlər Kabinetinin rəhbəri xatırladıb ki, indi ölkələr arasında birbaşa uçuşlar Moskva-Doha marşrutu üzrə həyata keçirilir.
"Biz uçuşların coğrafiyasının genişləndirilməsində maraqlıyıq", - Mişustin deyib: "Əminəm ki, bu, digər məsələlərlə yanaşı, turist mübadiləsinin artmasına və insanlar arasında əlaqələrin gücləndirilməsinə kömək edəcək".
Baş nazir əlavə edib ki, Rusiya bütövlükdə Qətərlə nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsinə açıqdır. Xüsusilə, bu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə aiddir.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər