22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
LDPR Moskva meri vəzifəsinə öz namizədini irəli sürüb
Tarix: 21-06-2023 23:28 | Bölmə: Siyasət


LDRP Moskva meri seçkilərində Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Boris Çernışovun namizədliyini irəli sürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Partiya lideri Leonid Slutskinin sözlərinə görə, Çernışov gənc, cəsarətli və yüksək təhsillidir. Üstəlik, onun artıq siyasi mübarizə təcrübəsi var.
"Boris Çernışov təhsilə, elmə nəzarət edir. Onu tanıyırlar, qiymətləndirirlər və hörmət edirlər", - Slutski RİA Novosti-yə müsahibəsində əlavə edib.
LDPR rəhbəri qeyd edib ki, seçkilərdə vəzifə yüksək səs faizi toplamaq, paytaxt sakinlərinin dəstəyini almaq və liberal demokratların Moskva Şəhər Dumasına gəlməsinə kömək etməkdir.
Xatırladaq ki, Moskva merinin seçkiləri sentyabrın 10-na planlaşdırılıb. Məlumdur ki, “Vahid Rusiya” şəhərin hazırkı rəhbəri Sergey Sobyaninin namizədliyini irəli sürüb.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər