22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İlan Şor: "Partiya məhkəmə qərarına tabe olmayacaq"
Tarix: 19-06-2023 23:52 | Bölmə: Siyasət


Müxalifət partiyası “Şor” Moldova Konstitusiya Məhkəməsinin siyasi təşkilatın ləğvi barədə qərarına tabe olmayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu partiya lideri İlan Şor deyib. O, prezident seçkilərində iştirak edəcəyini də əlavə edib.
Şor “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, partiya öz komandasının yerli, parlament və prezident seçkilərində iştirak edə biləcəyi düstur tapacaq.
Xatırladaq ki, iyunun 19-da Respublika Konstitusiya Məhkəməsi "Şor" partiyasını konstitusiyaya zidd kimi tanıyıb. Moldova Ədliyyə Nazirliyinə siyasi birliyin ləğvi və dövlət reyestrindən çıxarılması ilə məşğul olacaq komissiya yaratmaq tapşırılıb.
2023-cü ilin aprelində İlan Şor Moldova banklarından 1 milyard dollar çıxarmaqda təqsirli bilinib. Siyasətçi 15 il müddətinə azadlıqdan məhrum edilib.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər