22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Xarici İşlər Nazirliyi: Rusiya "An-124"-ün müsadirə edilməsinə görə Kanadaya cavab vermək hüququnu özündə saxlayır
Tarix: 13-06-2023 23:56 | Bölmə: Siyasət


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın "An-124" təyyarəsinin Kanada tərəfindən müsadirə edilməsi ikitərəfli münasibətlər üçün ən ciddi nəticələrə gətirib çıxaracaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya Federasiyası Kanada tərəfinin bu hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır.
"Bu qərarın praktiki icrası rəsmi Ottavanın təqsiri üzündən pozulmaq ərəfəsində olan Rusiya-Kanada münasibətləri üçün ən ciddi nəticələrə səbəb olacaq", - Zaxarova vurğulayıb. Onun bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.
Zaxarova Kanada hakimiyyətinin hərəkətlərini yerli məhkəmə prosedurları ilə ört-basdır etməyə çalışdıqları “qanunsuz və biabırçı hərəkət” adlandırıb.
“Biz qarşılıqlılıq prinsipini rəhbər tutaraq, cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq”, - diplomat xəbərdarlıq edib.
İyunun 10-da Kanadanın baş naziri Castin Tryudo Kiyevə səfər edib və Torontoda blokadaya alınmış Rusiyanın "An-124 Ruslan" təyyarəsinin müsadirə edilməsi prosedurunun başlandığını elan edib. Tryudonun sözlərinə görə, təyyarə Ukraynaya təhvil veriləcək.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər