Bütün xəbərlər
Zelenski Kanadaya yanğınların söndürülməsində kömək təklif edib
Tarix: 10-06-2023 23:56 | Bölmə: Siyasət


Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib ki, Ukrayna lazım gələrsə, meşə yanğınlarının söndürülməsində Kanadaya kömək etməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, son həftələr ərzində ölkədə meşə yanğınları tüğyan edir - ölkənin bir neçə rayonunu bir anda alov bürüdü. 400-dən çox yanğın qeydə alınıb, onların yarıdan çoxu hələ də nəzarət altına alınmayıb.
Zelenski irimiqyaslı meşə yanğınlarını “çox böyük təbii itkilər və insanlar üçün təhlükə” adlandırıb. Onun sözlərinə görə, Kanadanın "belə beynəlxalq yardıma ehtiyacı olarsa" Ukrayna yanğınların söndürülməsinə kömək etməyə hazırdır.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər