23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Kreml: Fransa Ukraynadakı münaqişənin iştirakçısıdır
Tarix: 03-06-2023 18:40 | Bölmə: Siyasət


Fransa Ukraynadakı münaqişənin açıq iştirakçısıdır, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva. Kreml.Putin" proqramının müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin əlavə edib ki, Kreml Parisdə Ukrayna üzrə sammitin keçirilməsi ilə bağlı aydınlıq gözləyir.
"Bu halda Fransanı neytral dövlətlərə, məsələn, Braziliya, Çin, Afrika ölkələri, Vatikan kimi bir növ moderator roluna iddia edə bilən dövlətlərə aid etmək çətindir", - Peskov bildirib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, Ukrayna indi Qərbin Rusiyaya qarşı apardığı birgə müharibənin alətinə çevrilib.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər