Bütün xəbərlər
Borrell Ukrayna ətrafındakı vəziyyətin inkişafı ilə bağlı “nikbin deyil”
Tarix: 29-05-2023 23:42 | Bölmə: Siyasət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellin etirafına görə, o, Ukraynadakı vəziyyətin inkişafı ilə bağlı “nikbin deyil”.
"Mən Rusiyanın müharibədə qalib gəlmək niyyətini açıq şəkildə görürəm. Rusiya qalib gəlməsə, danışıqlar aparmayacaq", - o, Barselonada keçirilən ekspertlər forumunda deyib.
Avropa diplomatiyasının rəhbəri bundan belə nəticəyə gəlib ki, Aİ Kiyevə hərbi dəstəyi artırmağa davam etməlidir, TASS yazır.
Bu arada Aİ-yə üzv ölkələrin müdafiə nazirləri ötən il Ukraynaya hərbi ehtiyaclar üçün yeni tranşın ayrılması ilə bağlı razılığa gələ bilməyiblər. Borrelin o vaxt dediyi kimi, 500 milyon avronun ayrılması ilə bağlı birlik yoxdur.
O, həmçinin bildirib ki, bu il Kiyev rejimi 220 min artilleriya mərmisi və 1300 raket alıb. Bu, avropalılara 800 milyon avroya başa gəlib. Lakin Aİ gələn il Ukraynaya daha bir milyon sursat tədarük etməyi planlaşdırır.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər