Bütün xəbərlər
Ərdoğan səs verdi
Tarix: 28-05-2023 14:55 | Bölmə: Siyasət

                       erdogan-ses-verdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərinin ikinci turunda İstanbulda səs verib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan və xanımı Əminə Ərdoğan səs vermək üçün Saffet Çebi orta məktəbinə gəliblər.
Vətəndaşların sıx marağı ilə qarşılaşan Ərdoğan bildirib ki, Türkiyənin yüzdə 90-ı demokratik mübarizədə iştirak edib: “ Türk demokratiyası tarixində ilk dəfə iki turlu seçki keçiririk. Burada heç bir partiya yoxdur, cəmi iki namizəd var. Xalqımız bu iki namizədə səs verəcəyi üçün səsvermə çox tez bitəcək. Biz prezident seçkilərində ilk dəfə belə səsvermənin şahidi olduq, dünya tarixində 90 faizə qədər seçici fəallığı olan ölkə yoxdur. Vətənimizə, millətimizə uğurlar”.


Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər