Bütün xəbərlər
Elvira Nabiullina hicab taxıb
Tarix: 24-05-2023 21:52 | Bölmə: Siyasət


Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina İranda işgüzar səfərdədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu ölkədə qadınların hicab taxması məcburidir. Nabiullina da istisna deyildi.
Rusiya nümayəndə heyətinin tərkibində Mərkəzi Bankın rəhbəri ilə yanaşı, digər qadınlar da hicablı olublar.
Elvira Nabiullina iranlı həmkarı Məhəmməd Rza Fərzinlə danışıqlar zamanı iki ölkənin bank və pul sektoru arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib.
Danışıqlardan sonra İran Mərkəzi Bankının rəhbəri qeyd edib ki, valyuta əlaqələrinin inkişafı ilə bağlı Rusiya tərəfi ilə ciddi konsensus əldə olunub. Bundan əlavə, operativ yol xəritəsi hazırlanıb.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər