Bütün xəbərlər
Japarov bir sıra təkliflərlə çıxış edib
Tarix: 24-05-2023 21:05 | Bölmə: Siyasət


Qırğızıstan Prezidenti Sadır Japarov Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sadır Cəfərov Aİİ ölkələrinin strateji planlaşdırma sistemlərini birləşdirməyə çağırıb. Avrasiya reytinq agentliyinin yaradılması Aİİ-də investisiya fəaliyyətini aktivləşdirməyə imkan verərdi.
"Əminəm ki, biznesin maraqlarının qorunması və ona dövlət tərəfindən dəstək verilməsi bütün Aİİ ölkələrində prioritet vəzifədir. Bu baxımdan biznes ombudsmanı institutunun yaradılmasının məqsədəuyğunluğu məsələsinin işlənib hazırlanmasını zəruri hesab edirəm". Qırğızıstan lideri qeyd edib.
Respublika prezidentinin sözlərinə görə, belə bir qurumun yaradılması “biznesin potensialının gücləndirilməsinə, onun rəyinin nəzərə alınmasına və sahibkarlıq subyektlərinin hüquqlarının qorunmasına kömək edir”. "Nəhayət, belə bir qurum bizə ittifaqın daxili bazarında maneələri minimuma endirməyə və yaranan problemlərin məhkəməyə qədər həlli mexanizmlərini formalaşdırmağa imkan verəcək", - Japarov vurğulayıb.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər