22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ Ukraynanın Krımı vurmasının əleyhinə deyil
Tarix: 21-05-2023 21:39 | Bölmə: Siyasət


Cozef Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Jake Sullivan bazar günü bildirib ki, Birləşmiş Ştatlar Ukrayna ordusu tərəfindən silahların istifadəsinə dair heç bir məhdudiyyəti tənzimləməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidentinin köməkçisi CNN-ə ABŞ raketlərinin köməyi ilə Krımda UAF zərbələrinin endirilməsi ehtimalını şərh edib.
“Bəli, biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbələr endirmək üçün heç bir məhdudiyyət qoymamışıq”, - deyə, Sullivan bildirib.
"Biz demişdik ki, Ukraynanın Rusiyaya hücum etmək üçün Amerika və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyik. Və inanırıq ki, Krım Ukraynadır", - Amerika prezidentinin köməkçisi yekunlaşdırıb.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər