Bütün xəbərlər
Ərdoğan üçüncü müddətə namizəd olmayacaq
Tarix: 19-05-2023 22:58 | Bölmə: Siyasət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçüncü müddətə namizəd olmayacaq. CNN-ə müsahibəsində dövlət başçısı xatırladıb ki, prezident yalnız 2 müddətə seçilə bilər. Birincisi artıq başa çatıb.
Xatırladaq ki, hazırda Türkiyədə prezident seçkiləri keçirilir. İlk turda Ərdoğan 49%, ən yaxın rəqibi Kamal Kılıçdaroğlu isə 45% səs toplayıb. Müraciət edənlərdən heç biri 50%-lik həddi keçmədiyi üçün ikinci tur mayın 28-nə təyin edilib.
Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident olub. Bundan əvvəl o, 10 ildən artıq Türkiyənin baş naziri vəzifəsində çalışıb.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər