22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Fox News": Bayden ABŞ-ın dövlət borcu ilə bağlı vəziyyətə görə iki ölkəyə səfərlərini ləğv etdi
Tarix: 16-05-2023 23:56 | Bölmə: Siyasət


ABŞ prezidenti Co Bayden dövlət borcunun həll olunmaması fonunda Avstraliya və Papua Yeni Qvineyaya planlaşdırılan səfərlərini ləğv edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Fox News"-in məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, Bayden bu həftə G7 sammitinin keçiriləcəyi Yaponiyaya səfərindən dərhal sonra vətəninə qayıdacaq. Amerika lideri çərşənbə günü Yaponiyaya səfər etməlidir.
Məlumdur ki, Bayden milli borc tavanının artırılması ilə bağlı danışıqların nəticəsiz qalacağı təqdirdə defoltun başlanmasına qalan 16 günün 8-ni xaricdə keçirməyi planlaşdırırdı. Bununla belə, ABŞ hökumətinin borc vəziyyəti hələ də həll olunmamış qalır və prezident səyahətləri ləğv etmək qərarına gəlib.
Avstraliya və Papua-Yeni Qvineyaya səfər ABŞ və Asiya-Sakit Okean regionu arasında əlaqələrin möhkəmləndirilməsi çərçivəsində planlaşdırılıb. Lakin mövcud vəziyyəti nəzərə alaraq, Bayden risk etməmək və vətəninə qayıtmaq qərarına gəlib.




Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər