Bütün xəbərlər
Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı - Yeni təyinatlar
Tarix: 15-05-2023 21:01 | Bölmə: Siyasət

                     polkovnik-noqsana-yol-verdi-nazir-isden-cixardi



Binəqədi və Abşeronda polis orqanlarında yeni təyinatlar olub.
Sabaha-inamla.az xəbər verir ki,  “Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, Binəqədi Rayon 4-cü Polis Şöbəsinin rəis müavini, polis mayoru Zaur Babazadə işdən çıxarılaraq Qobu Polis Bölməsinə rəis təyin olunub.
Bundan başqa, Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki İsa Babaşovun fəaliyyətində yoxlamalar nəticəsində nöqsanlar aşkar olunaraq sərəncama götürülüb.
Nazirin əmri ilə onun yerinə Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Zaur Əliyev gətirilib.


Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər