Bütün xəbərlər
Trampa vaxtilə verdiyi vədi xatırlatdılar
Tarix: 14-05-2023 23:12 | Bölmə: Siyasət


Vladimir Zelenski Donald Trampın prezidentlik dövründəki hərəkətlərini xatırladıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, ABŞ-ın keçmiş rəhbəri Donbassdakı münaqişəyə son qoymadığına diqqət çəkib.
Donald Tramp daha əvvəl demişdi ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişəni hələ Ağ Evə girmədən həll edəcək. Eks-prezidentin sözlərinə görə, o, Rusiya və Ukrayna liderlərinə zəng edərək 24 saat ərzində axan qanı dayandıra bilir.
Vladimir Zelenski öz növbəsində Donaldın prezidentliyi dövründə Donbassdakı münaqişə ətrafında problemi həll edə bilməməsinə diqqət çəkib. “Mən onu heç nəyə görə günahlandırmıram, amma bizdə faktlar var”, - deyə, Ukrayna prezidenti bildirib.
Bundan əvvəl Tramp Kiyevə silah tədarükünü tənqid edib. Onun sözlərinə görə, bu cür hərəkətlər ABŞ-ın ehtiyatlarını tükəndirib.


Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər