Bütün xəbərlər
Ərdoğan liderliyini davam etdirir, amma müxalifət başqa cür düşünür
Tarix: 14-05-2023 22:49 | Bölmə: Siyasət


Qutuların üçdə ikisini açdıqdan sonra Türkiyənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində liderliyini davam etdirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, 51,23%, Kamal Kılıçdaroğlu isə 43,05% səs toplayıb. Bu barədə ölkənin MSK-dan məlumat verilib.
Bu arada prezidentliyə namizədi Kılıçdaroğlu olan müxalifət bunun əksini iddia edir. İddialara görə, Ərdoğan heç də öndə deyil. Müxalifət təmsilçisinin 47,42%, Ərdoğanın isə 46,8% səs topladığını bildirir.
Parlamentdəki yerlər üçün verilən səslər də hesablanır. Anadolu agentliyi xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi Respublikaçılar Alyansı mandatların böyük əksəriyyətini qazanır.
Məlumatlar ilkindir. Namizədlərdən heç biri 50 faiz səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu keçiriləcək.


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər