22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ukrayna məhkəməsi rus admiralı 15 il müddətinə azadlıqdan məhrum edib
Tarix: 13-05-2023 22:37 | Bölmə: Siyasət


Kiyev məhkəməsi Rusiyanın Qara Dəniz Donanmasının keçmiş komandanı, admiral Aleksandr Vitkoya qiyabi hökm çıxarıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, 15 il həbsə və 80 milyard qrivna cəriməyə məhkum edilib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Vitko 2013-cü ilin aprelindən 2018-ci ilin mayına qədər Qara Dəniz Donanmasının rəhbəri olub. 2014-cü ilin yazında o, Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığı ilə danışıqlarda iştirak edib.
Ukrayna hərbi prokurorluğu 2016-cı ildə Oleksandr Vitkonu dövlətə xəyanət də daxil olmaqla bir neçə cinayət maddəsi ilə ittiham edib. Rusiya İstintaq Komitəsi öz növbəsində Ukrayna Baş Prokurorluğunun qanunsuz hərəkətləri faktı ilə bağlı iş açıb.
Mart ayında Ukrayna məhkəməsi Dövlət Dumasının 20 deputatını qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər