22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Latviyada “rusdillilər” ifadəsindən imtina etmək istəyirlər
Tarix: 11-05-2023 23:55 | Bölmə: Siyasət

Latviya dili mütəxəssisləri “rusdillilər” ifadəsindən imtina etməyi təklif edirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Latviya Dili üzrə Ekspertlər Komissiyası “rusdillilər” ifadəsindən imtina etməyi təklif edib. Təyinatın ictimai məkandan çıxarılması qərara alınıb. "EADaily" yerli nəşrə istinadən xəbər verir ki, alternativ olaraq komissiya “Rusofonı” və “Rusolinqvı” terminlərini təklif edib.
Nəşrin aydınlaşdırdığı kimi, bu təyinatlar dilçiliyin əsas terminlərinin izahlı lüğətindədir. Latviyada "russofonlar" linqvistik azlıq hesab olunur. Termin ölkədə yaşayan ruslara və bir-biri ilə ünsiyyətdə əsasən rus dilindən istifadə edən digər etnik qrupların nümayəndələrinə aiddir.
Mütəxəssislərin fikrincə, Rusolinqvı” termini iki və ya daha çox dildə danışanlara aiddir. Eyni zamanda bu qrup rus dilindən aparıcı dil kimi istifadə edir.
Daha əvvəl bildirilmişdi ki, Latviyada yaşamaq icazəsi olan 18 minə yaxın rusiyalı latış dilini bilmək üçün imtahan verməsələr, bu il dekabrın 2-dək ölkədən məcburi şəkildə çıxarıla bilərlər. Müvafiq qanun layihəsi Latviya Seymi tərəfindən ikinci oxunuşda qəbul edilib.
Riqadan olan ictimai xadim bu təşəbbüsü “müəyyən kateqoriya rusların ölkədən çıxarılmasına qarşı qeyri-insani hərəkət” adlandırıb. Onun sözlərinə görə, bu insanlar əksər hallarda Latviyanın Avropa kursunun tərəfdarları deyil və anti-Rusiya təşəbbüsləri ilə razılaşmırlar.



Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər