21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Heydər Əliyevin 100 illik yubileyi ölkə daxilində və xaricdə böyük təntənə ilə qeyd olunur-Kamilə Əliyeva
Tarix: 09-05-2023 21:21 | Bölmə: Siyasət

Dünya siyasətinin dahilərindən olan unikal şəxsiyyət, Azərbaycan dövlətinin və xalqının xilaskarı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ölkə daxilində və xaricdə böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev irsini, siyasi xəttini izlədikdə onun böyüklüyünü dərk edir, hər zaman Azərbaycan dövlətinin müstəqilliyi uğrunda mübarizə apardığının şahidi oluruq.
Prezident cənab İlham Əliyev Şuşada ümummilli lider Heydər Əliyevin yüz illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi müstəsna xidmətlərdən, Azərbaycanın gələcək inkişafından, dünyanın iqtisadi və siyasi sahəsində ölkəmizin önəmli rol oynadığından, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan dövlətinin irəli sürdüyü təkliflər barədə ətraflı çıxış etdi.
Tədbirin işğaldan azad edilmiş Şuşa şəhərində keçirilməsi xüsusi önəm kəsb edirdi. Ulu öndər Heydər Əliyev Şuşanı hər bir Azərbaycanlının iftixar nöqtəsi və mədəniyyət paytaxtımız olduğunu bildirmişdi. Ulu öndər hər zaman Azərbaycan xalqının milli maraqlarını uca tutmuş, SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda belə həmişə Azərbaycanın müstəqill dövlət olması üçün çalışmış və bu amal uğrunda fəaliyyət göstərmişdir. Müstəqill Azərbaycana rəhbərlik etdiyi dövrdə də ulu öndər bütün həyatını Azərbaycan xalqının xoşbəxt yaşamasına və Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasına həsr etmişdir. Bu gün artıq ulu öndər Heydər Əliyevin arzusu gerçəkləşmişdir. Heydər Əliyev siyasi kursunu rəhbər tutaraq Prezident cənab İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqlarını işğaldan azad etdi. Prezident cənab İlham Əliyev öz xalqının milli qürurunu qaytarmaqla ata vəsiyyətinə də əməl etmiş oldu.
Artıq Azərbaycan güclü və qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilmişdir. Dünya liderləri, siyasi analitiklər, Prezident cənab İlham Əliyevin güclü siyasətçi, bacarıqlı, uzaqgörən dövlət başçısı olduğunu vurğulayırlar.
Çıxışında ölkə başçımız işğal dövründə dəfələrlə Ermənistan rəhbərliyinə sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmələri barədə müraciətlər etdiyini, lakin Ermənistan tərəfinin hər zaman bu təklifləri eşitməməzliyə vurduğunu da qeyd etdi. 28 il ərzində münaqişənin həll olunması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu da öz fəaliyyətsizliyi ilə yadda qaldı. Əslində onların bu davranışı erməni işğalına göz yummaq idi. 30 illik işğal dövründə Ermənistan heç bir inkişafa nail ola bilmədi. Azərbaycanın həyata keçirdiyi bütün beynəlxalq iqtisadi layihələrdən məhrum oldu. Azərbaycan dövləti isə bu illər ərzində siyasi, iqtisadi, hərbi sahələrdə böyük inkişafa və tərəqqiyə nail oldu. Azərbaycan öz torpaqlarını siyasi və hərbi yolla işğaldan azad etdi. Qalib ölkə olmasına rəğmən müharibə bitdikdən sonra Azərbaycan Ermənistana sülh sazişi bağlamağı təklif etdi. Azərbaycan sülh sazişinin bağlanması üçün Ermənistan tərəfinə bütün beynəlxalq hüququn prinsiplərinə uyğun olan 5 bənddən ibarət olan təklif göndərmişdi. Ermənistanın bu təklifləri gəbul etməməsinin heç bir əsası yoxdur. Bu təklifləri qəbul etməmək, sülh sazışının imzalanmamasına gətirib çıxara bilər ki, bu da Ermənistan dövlətinə yaxşı heç nə vəd etmir.
Azərbaycan dövləti həmişə olduğu kimi bu gün də müharibənin olması tərəfdarı deyil. Əgər sülh sazişi olmasa, Ermənistan dövləti yenə təcrid olunmuş formada yaşayacaq və ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. Azərbaycan isə dünyada nüfuzunu durmadan artırmaqdadır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi müttəfiqliyimizi ən yüksək səviyyəyə qaldırdı. Ölkəmiz Avropa İttifaqının 9 dövləti ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamışdır. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanıyır və heç bir ölkənin parçalanmasını qəbul etmir. Ölkəmiz Cənubi Qafqazda yerləşən müstəqil bir dövlət olaraq Rusiya Federasiyasının Şimali Qafqaz regionunda yerləşən Dağıstan və Çeçenistan Respublikaları ilə sıx əlaqələr qurub. Bu həm Rusiya, həm də Azərbaycan dövlətlərinin maraqlarına tam uyğundur. Azərbaycan həmçinin mərkəzi Asiya dövlətləri ilə də hərtərəfli əlaqələrin qurulmasına böyük üstünlük verir. Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstan neftinin nəqlinə başlanması barədə razılığa gəlinib. Çıxışında Prezident cənab İlham Əliyev Azərbaycana qarşı böyük ədalətsizliyin və ilk növbədə ərazi bütövlüyü məsələsində bu halın olmasını qeyd etdi. ABŞ-in prezidentləri digər postsovet respublikalarının ərazi bütövlüyünü dəstəklədiklərini rəsmi şəkildə bəyan etsələr də Azərbaycana gəldikdə isə, xüsusən torpaqlarımızın işğalda olduğu dövrdə ədalətsiz və haqsız mövqe nümayiş etdirmişdilər. Azərbaycan BMT-nin qərar və qətnamələrini özü icra etdi və torpaqlarımızı təkbaşına işğaldan azad etdi və öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Ölkə başçımız işğal dövründə və hazırkı vaxtda Azərbaycanla İran arasında mövcud olan münasibətlərə də toxundu. İran BMT və İƏT-də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, əməldə təmamilə başqa münasibət sərgilədi. İran dövləti Azərbaycan torpaqlarını işğal edən Ermənistanla sıx siyası, iqtisadi, hərbi əlaqələr qurdu. Bu haqlı olaraq Azərbaycan xalqı tərəfindən narazılıqla qarşılandı. Azərbaycan işğala son qoyduqdan sonra da İran bu cür əməlləri davam etdirməyə başladı. İrandan Qarabağa silah sursat daşındı. Azərbaycan İrana rəsmi nota təqdim etsə də İran bu hərəkətlərini daha da intensivləşdirdi. İran hətta Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladı. Ölkəmiz də müstəqil bir dövlət olaraq adekvat tədbirlərə əl atmalı oldu. Azərbaycan Ordusu xüsusi təyinatlılarımızın iştirakı ilə İranla sərhəddə iki hərbi təlim keçirtdi. İkinci təlimi isə Qardaş Türkiyənin xüsusi təyinatlıları ilə birlikdə keçirdi. Bu güc nümayişi deyil, ölkəmizin təhlükəsizliyinə yönəlmiş bir addım idi.
Azərbaycana qarşı törədiləcək istənilən təxribat lazımi şəkildə cavablandırılacaq.
Təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarında bəzi senatorlar anti-Azərbaycan mövqe nümayiş etdirirlər. Bir neçə senator "Dağlıq Qarabağın" müstəqilliyinin tanınması barədə "qətnamə" qəbul edilməsilə bağlı təşəbbüs göstərirlər. Lakin onlar bilməlidirlər ki, onların bu "qətnamələri" Azərbaycan dövləti üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən Pakistan kimi dost və qardaş dövlətlər mövcuddur. Azərbaycan dövləti və xalqı bu qardaşlıq və dostluq münasibətlərinə görə Pakistan dövlətinə böyük minnətdarlıq bildirir.
Ölkəmiz Cənub Qaz Dəhlizinin seqmentlərindən olan TAP və TANAP qaz kəməri vasitəsilə Avropaya hər il qaz ixracını artırmağı planlaşdırır. Bu Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir. Tədbirdəki çıxışı və iştirakçılar tərəfindən verilən suallara cavabı ilə dünya ictimaiyyəti bir daha İlham Əliyevin güclü və qətiyyətli siyasətçi və müdrik dövlət başçısı olduğunun şahidi oldu.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Baxış sayı: 423
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.