12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Skott Ritter Rusiyanın Ukraynanı nə vaxt “məğlub edə” biləcəyini deyib
Tarix: 05-05-2023 22:39 | Bölmə: Siyasət


ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter hesab edir ki, Rusiyanın xüsusi əməliyyat kontekstində uduzması üçün heç bir səbəb yoxdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, fikrini Sankt-Peterburqda öz kitabının təqdimatı zamanı səsləndirib.
Ukraynadakı vəziyyətlə bağlı sualı cavablandıran Ritter Rusiyanın güclü hərbi potensial topladığına diqqət çəkib. Keçmiş kəşfiyyatçının fikrincə, Ukraynanın hərbi cəhətdən məğlub olması bu yayın sonu və ya payızın əvvəlinə qədər mümkündür.
Bundan əvvəl Skott Ritter Ukrayna prezidenti Vladimir Zelenskiyə mümkün qədər tez istefa verməyi, əks halda öləcəyini tövsiyə edib.


Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər