Bütün xəbərlər
BMT Moskva və Kiyevi gərginliyə aparan addımlardan çəkinməyə çağırıb
Tarix: 03-05-2023 21:05 | Bölmə: Siyasət


BMT dronların Kremlə hücumu ilə bağlı insidentdən xəbərdardır və Rusiya və Ukraynanı münaqişənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.
“Biz hesabatları oxumuşuq və bu münasibətlə Rusiya və Ukrayna hakimiyyət orqanlarının verdiyi bəyanatlardan xəbərdarıq, BMT bu xəbərləri təsdiq edə bilməz”, - deyə, Haq RİA Novosti-yə bildirib.
Mayın 3-nə keçən gecə iki pilotsuz təyyarə Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına basqın edib. Həmin vaxt dövlət başçısı orada olmayıb. İHA-lar vurulub, yerdə itki və dağıntı olmayıb.
Moskvada bu hücum Ukrayna tərəfindən terror aktı kimi qiymətləndirilib. Bununla belə, Ukrayna prezidentinin kabinetindən Kiyevin reyddə iştirak etmədiyini bəyan ediblər.


Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər