Bütün xəbərlər
Gürcüstan ABŞ-ın maliyyələşdirdiyi təlimlərdə iştirak etməmək qərarına gəlib
Tarix: 02-05-2023 23:57 | Bölmə: Siyasət


Gürcüstan ABŞ-ın sponsorluğu ilə Avropada keçirilən Defender 2023 təlimlərində iştirak etməmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Gürcüstan ABŞ-ın Avropada təşkil etdiyi “Defender 2023” genişmiqyaslı çoxmillətli təlimlərdə iştirak etməyəcək.
Gürcüstanın hərbi departamenti xatırladıb ki, milli müdafiə qüvvələrinin məqsəd və vəzifələri əsasında Vaşinqtonla razılaşdıqdan sonra “daha çox səy və resursların digər beynəlxalq və yerli təlimlərə yönəldilməsi” barədə qərar qəbul edilib.
Nazirlik bu şərhi ölkənin bir sıra müxalifət mediasında aprel ayında iştirakçılar siyahısında olan Gürcüstanın Müdafiəçi 2023 təlimlərində iştirak etməməsi ilə bağlı xəbərlərin dərcindən sonra verib.


Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər