Bütün xəbərlər
Jirinovskinin rəqəmsal abidəsinə baxmaq istəyənlərin sayına server dözə bilməyib
Tarix: 01-05-2023 22:55 | Bölmə: Siyasət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, LDPR partiyası "Minecraft" kompüter oyununda 1 May nümayişi keçirib. Partiyanın mətbuat xidməti xəbər verir ki, dünyanın hər yerindən 12 min insan tədbirdə iştirak edə bilib, bundan sonra oyun serveri “yıxılıb”.
Həmçinin 1 May şərəfinə "Minecraft"-da partiyanın yaradıcısı Vladimir Jirinovskinin abidəsi ucaldılacaqdı.
Liberal Demokrat Partiyasında izah edildiyi kimi, oyundakı nümayişin məqsədi müasir cəmiyyətdə rəqəmsal mühitin roluna diqqəti cəlb etməkdir. Partiya seçicilərlə ünsiyyət üçün oyunlar və digər virtual platformalardan istifadəni davam etdirməyi planlaşdırır.


Baxış sayı: 259


Bölməyə aid digər xəbərlər