12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Radanın keçmiş deputatı Stetskiv NATO sammitindən əvvəl əks-hücumu vaxtında etməyə çağırdı
Tarix: 29-04-2023 23:11 | Bölmə: Siyasət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ali Radanın keçmiş deputatı Taras Stetskiv NTA telekanalının efirində Ukrayna Silahlı Qüvvələrinin bütün çətinliklərə baxmayaraq, nəticəni nümayiş etdirməyə vaxt tapması üçün əks-hücuma keçməli olacağına dair fikir bildirib. İyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.
“Əks halda orada danışıqlar aparmaq bizim üçün çətin olacaq”, - Stetskiv izah edib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev bu sammitdən Ukraynanın alyansa daxil olması ilə bağlı konkret qərarlar gözləyir.
Stetskiv vurğuladı ki, döyüş sursatı olmasa belə əks-hücum başlamalıdır. Eyni zamanda, ukraynalı siyasətçi sursat və silahların tədarükünün az olmasını onunla izah edib ki, Aİ ölkələri onların alınması üçün tenderlərin necə təşkil olunması barədə razılığa gələ bilmirlər.
Eyni zamanda, Radanın keçmiş deputatı etiraf edib ki, sursat çatışmazlığı əks-hücumun uğursuzluğuna səbəb ola bilər və bu da öz növbəsində Qərbin gələcək dəstəyinə təsir göstərəcək.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər