12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Enerqodar yaxınlığında Amerikanın kəşfiyyat pilotsuz təyyarəsi vurulub
Tarix: 29-04-2023 21:56 | Bölmə: Siyasət


Enerqodar yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat və təxribat üçün istifadə etdiyi Amerika pilotsuz təyyarəsi vurulub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Zaporojye vilayətinin hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.
RİA Novosti-nin məlumatına görə, Amerikanın “AeroVironment” şirkətinin “Quantix Recon” PUA-sı Rusiya Silahlı Qüvvələrinin Zaporojye istiqamətində fəaliyyət göstərən bölməsi tərəfindən vurulub. Dron öyrənilərkən məlum olub ki, o, operatorun iştirakı olmadan avtomatik olaraq məlumat toplayır və ərazinin kəşfiyyatını aparır.
Aprelin ortalarında Ukrayna Silahlı Qüvvələri Enerqodar sakinlərinə "Pasxa bayramınız mübarək" yazısı yazaraq 120 millimetrlik bir neçə mina atıb.


Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər