22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət yeni strateji xətt hesab olunur-Kamilə Əliyeva
Tarix: 26-04-2023 23:59 | Bölmə: Siyasət



İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ölkəmizdə və eləcə də dünyada iqtisadi inkişaf proqramı kimi qəbul edilən bu müdrik fikrin müəllifi ümummilli lider, tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm vermişdir. İqtisadiyyatın inkişafı bütün sahələrdə istənilən nəticənin əldə olunmasında əhəmiyyətli rol oynayır. Ən yeni dövrün reallıqları bunu bir daha sübut edir.
Hələ Sovet dövründə Azərbaycana rəhbərlik edən ulu öndər iqtisadiyyatda inqilab sayıla biləcək uğurlara imza atdı. O vaxta qədər Azərbaycana xammal bazası kimi baxıldığı halda Heydər Əliyevin dövründə respublikamız iqtisadi tərəqqi əldə etdi. Hətta Azərbaycanın digər respublikalardan iqtisadi asılılığı aradan qaldırıldı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra ölkəmizin iqtisadi və siyasi həyatında köklü dəyişikliklər baş verdi. Azərbaycanın beynəlxalq arenada nüfuzu artmağa başladı. Geostrateji məkanda yerləşməsi, zəngin karbohidrogen ehtiyatları ilə ölkəmiz hər zaman dünya birliyi üçün böyük maraq kəsb etmişdir. Son dövrlərdə Azərbaycan Respublikasının sürətlə inkişafa doğru irəliləyən iqtisadiyyatı, enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi və bölgədə əsas söz sahibi olması bu marağı artırmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri kimi qlobal enerji layihəsini reallaşdırmaqla dünya neft bazarına daxil olan Azərbaycanla artıq Cənubi Qafqazda yerləşən adi bir dövlət kimi deyil, strateji tərəfdaş kimi münasibətlər quruldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası da uğurla başa çatdırıldıqdan sonra Azərbaycan tək bölgədə deyil, dünyada əsas söz sahibi olan dövlətə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi isə bütün problemlərin həllinə təkan verir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət yeni strateji xətt hesab olunur. Bu strateji xətt ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin 90-cl illərinin ortalarından yaradılıb. Prezident, cənab İlham Əliyev isə həmin iqtisadi strategiyanı yeni keyfiyyət halına yüksəltməyə, onun reallaşmasına və inkişafına gətirib çıxartdı. Bu iqtisadi uğurun müəllifi Heydər Əliyev, həyata keçirəni isə Prezident, cənab İlham Əliyevdir.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor



Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər