12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Ərdoğanın sözçüsü Türkiyə prezidentinin səhhətinin yaxşı olduğunu bildirib
Tarix: 26-04-2023 12:53 | Bölmə: Siyasət


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara verdiyi müsahibə səhhəti ilə əlaqədar bir müddət əvvəl kəsilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb: “Prezidentimizin Allaha şükür, səhhəti yaxşıdır”.
Çərşənbə axşamı axşam Ərdoğanın canlı televiziya müsahibəsi xəstə olduğu üçün qəfil kəsilib. Daha sonra mədə qripinə yoluxduğunu deyən Ərdoğan efirə qayıdıb.
"İlk növbədə sizə can sağlığı arzulayıram. Dünən və bu gün təbliğat işləri çox idi. Ona görə də mədə qripinə tutuldum. Hətta verilişi ləğv etməyi də düşündüm. Amma söz verdik və gəldik. Sizdən və izləyicilərimizdən üzr istəyirəm. ," - RİA Novosti Ərdoğanın sözlərindən sitat gətirir.


Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər