22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Fələstin və İsrail arasında gərginlik təhlükəli həddə çatıb, Lavrov xəbərdarlıq edib
Tarix: 25-04-2023 19:25 | Bölmə: Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında Qəzza zolağında, Şərqi Qüdsdə, eləcə də İsrail, Suriya və Livan arasında ayrılma xəttində vəziyyət son dərəcə təhlükəli həddə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomat Cenin, Yerixo, Nablus və Huvarda keçirilən basqınlarda 100-dən çox fələstinlinin öldürüldüyünü, minlərlə fələstinlinin isə yaralandığını bildirib.
Vəziyyət İsrailin Suriyaya hava zərbələri endirməsi ilə daha da gərginləşir. Xüsusilə də humanitar yüklərin çatdırıldığı Hələb hava limanında.
“İsrailin forpostların retroaktiv leqallaşdırılması, torpaqların özgəninkiləşdirilməsi, evlərin sökülməsi, əsassız həbslərlə rekord səviyyəli yaşayış məskənlərinin tikintisinə göz yummaq olmaz”, - Lavrov bildirib.
Eyni zamanda, xarici işlər naziri Fələstində radikallaşmaya və yerli partiyalar arasında artan parçalanmaya diqqət yetirməyə çağırıb.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər