Bütün xəbərlər
Medvedev NATO baş katibinin sözlərini “tərcümə edib”
Tarix: 20-04-2023 22:21 | Bölmə: Siyasət


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü ilə bağlı sözlərini “tərcümə edib”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ”dövlət xadimi bu barədə öz Twitter səhifəsində fikirlərini bölüşüb. Dmitri Medvedevin sözlərinə görə, NATO-nun baş katibi bunu nəzərdə tutub: Ukrayna ərazisinin bir hissəsi Polşa, Macarıstan və Rumıniyaya məxsus olan zaman alyansa qoşulacaq.
Həmçinin, Təhlükəsizlik Şurasının sədr müavini Stoltenberqin NATO dəstəyinin Kiyevə öz niyyətlərini həyata keçirməyə kömək edəcəyi ilə bağlı ifadəsinə diqqət çəkib. Medvedevin sözlərinə görə, alyansın baş katibinin bu sözləri “yaxşı ki, tezliklə orada olmayacağam” kimi tərcümə olunur.
Yens Stoltenberq Kiyevə səfəri zamanı bildirib ki, Ukrayna nəhayət NATO-ya daxil olacaq.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər