Bütün xəbərlər
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Açıq qapı günü keçirilib
Tarix: 20-04-2023 15:27 | Bölmə: Siyasət

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 19-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Açıq qapı” günü keçirilib.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd Azərbaycan dövlətinin memarı Heydər Əliyevin siyasi irsi, eləcə də hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etmək olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları "Prokurorluq orqanlarının dövlət təsisatları sistemindəki yeri və prokurorluq orqanlarında həyata keçirilən islahatlar“, "Ulu öndər Heydər Əliyevin prokurorluğa qayğısı" və "Dövlət ittihamın müdafiəsi haqqında" mövzularında çıxışlar edib.
Həmçinin, tələbələr prokurluğun kitabxanası və kriminalistik avtomaşının iş prinsipi ilə tanış olduqdan sonra onlar üçün hadisə yerinin şərti müayinəsi təşkil olunaraq, hadisə baş verdikdə aparılan istintaq ilkin hərəkətləri izah olunub.
Sonda xatirə fotoşəkili çəkilib.

Sabaha-inamla.az








Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər