22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Çexiya prezidenti NATO-nun Ukraynanı qəbul etmək barədə nə vaxt düşünəcəyini deyib
Tarix: 19-04-2023 22:04 | Bölmə: Siyasət


Çexiya prezidenti Petr Pavel NATO ölkələrinin Ukraynanı Şimali Atlantika Alyansına qəbul etmək barədə nə vaxt düşünə biləcəklərini deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin fikrincə, alyans ölkələri hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanı NATO-ya qəbul etmək barədə düşünə biləcəklər. Petr Pavel Brüsseldə hərbi-siyasi blokun baş katibi Yens Stoltenberqlə apardığı danışıqlardan sonra "Müharibə müharibədir" deyib.
Çexiya prezidenti diqqəti Qərb ölkələrinin Kiyevə uzunmüddətli və hərtərəfli dəstək verməli olacağına yönəldib.
Bundan əvvəl Ali Rada NATO ölkələrinə ölkənin alyansa qəbulunun sürətləndirilməsini asanlaşdırmaq xahişi ilə müraciət etmişdi.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər