Bütün xəbərlər
Sergey Lavrov Latın Amerikası turnesinə Braziliyadan başlayıb
Tarix: 17-04-2023 16:17 | Bölmə: Siyasət


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyaya səfər edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomat ölkənin ali rəhbərliyi, eləcə də həmkarı Mauro Vieyra ilə görüşəcək.
Braziliya Lavrovun Latın Amerikası turnesinin ilk ölkəsidir. Aprelin 17-dən aprelin 21-dək Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Venesuela, Nikaraqua və Kubaya da səfər edəcək.
Bildirilir ki, səfər Rusiya Federasiyası ilə Latın Amerikası ölkələri arasında siyasət, ticarət, təhsil, mədəniyyət və bir çox digər sahələrdə əlaqələrin möhkəmləndirilməsinə yönəlib.
Bundan əvvəl Braziliya prezidenti Luis İnasio Ukraynadakı vəziyyəti müzakirə etmək üçün G20-nin analoqunun yaradılmasına çağırıb. Beləliklə, Braziliya lideri hesab edir ki, münaqişəyə son qoymaq və sülh yaratmaq mümkün olacaq.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər