Bütün xəbərlər
Vladimir Putin Çinin müdafiə naziri ilə görüşüb
Tarix: 16-04-2023 21:17 | Bölmə: Siyasət


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar günü axşam prezident Vladimir Putinin Çin Dövlət Şurasının üzvü, Çinin müdafiə naziri Li Şanfu ilə işgüzar görüş keçirdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Li Şanfunun Rusiyaya səfər edəcəyini açıqlamışdı. Onun səfəri aprelin 16-dan 19-dək davam edəcək.
Bu, Çin nazirinin təyinatından sonra ilk xarici səfəridir. Li Şanfu Rusiyaya səfəri çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək, həmçinin rusiyalı hərbçilərin təlim keçdiyi təhsil müəssisələrindən birinə baş çəkəcək.
Bu yaxınlarda Moskvada yüksək səviyyəli Rusiya-Çin danışıqları keçirildi - martın 20-22-də Çinin sədri Si Cinpin Rusiyaya səfər edib. Dörd saatdan çox davam edən təkbətək danışıqlardan sonra Kremldə aktual məsələlərin müzakirəsi təxminən 6 saat çəkib. Çin liderinin səfəri nəticəsində iki birgə bəyanat imzalanıb.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər