Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Finlandiya səfirliyində baş verən insidentə münasibət bildirib
Tarix: 14-04-2023 22:15 | Bölmə: Siyasət


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Finlandiyanın Moskvadakı səfirliyinin həqiqətən də birində ağ toz olan üç eyni zərf haqqında mesaj aldığını təsdiqləyib.
O qeyd edib ki, məktublar hərbi attaşe və onun köməkçilərinə ünvanlanıb. Zaxarovanın sözlərinə görə, ilk zərfi açıb içərisində naməlum ağ toz aşkar edərək, diplomatik missiyanın əməkdaşları bağlamaların qalan hissəsini möhürlənmiş şəkildə qoyublar. Sonra onlar Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
Yoxlamanın nəticələrinə əsasən, bütün məlumatlar Finlandiya səfirliyinə təqdim olunacaq”, - o əlavə edib.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər